Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin görüşü  keçiriləcək

Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin görüşü keçiriləcək

-- Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq prioritet mövzulardan biridir.

"Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü oktyabr və ya noyabrda keçirilə bilər”. 
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid xan Mohmand deyib.
 
O bildirib ki, bu görüş Bakı bəyannaməsinə əsasən İslamabadda keçiriləcək və sayca ikinci olacaq. 
 
Səfir qeyd edib ki, Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq prioritet mövzulardan biridir.
 
“Ötən il 10 təlim təyyarənin Azərbaycana satışı ilə bağlı müqavilə imzaladıq. Bu ilin yanvarında hərbi əməkdaşlıq üzrü işçi qrupunun 8-ci görüşü olub. Dağlıq Qarabağ problemi bizim üçün Kəşmir məsələsi ilə eynidir.  Azərbaycan bundan əziyyət çəkir və biz dəstəyimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.  
 

 

Google+ WhatsApp ok.ru