Azərbaycan və Rusiya `Mi-8/17` helikopterlərinin təmiri üzrə xidmət mərkəzinin açılması haqqında saziş imzalayıb 27 Sentyabr 2016 01:00 Hərb Sənəd ADEX-2016 sərgisi çərçivəsində imzalanıb "Rusiya helikopterləri" holdinqi və "Silk Way Helicopter Services" müəssisəsi Azərbaycanda "Mi-8/17" helikopterlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə xidmət mərkəzinin açılması haqqında saziş imzalayıb. TASS-a istinadən xəbər verilir ki, bu barədə jurnalistlərə açıqlamasında holdinq satış sonrası xidmət üzrə baş direktorunun müavini İqor Çeçikov məlumat verib. Sənəd bu gün "ADEX-2016" sərgisi çərçivəsində imzalanıb. Azərbaycan tərəfdən sənədi "Silk Way Helicopter Services" müəssisəsinin rəhbəri Azər Sultanov, Rusiya tərəfdən isə holdinq satış sonrası xidmət üzrə baş direktorunun müavini İqor Çeçikov imzalayıb. İ.Çeçikovun sözlərinə görə, gələcəkdə bu mərkəzin Rusiya istehsalı olan müxtəlif növ hərbi helikopterlərin təmiri və onlara xidmət göstərilməsi üçün imkanlarının genişləndirilməsi məsələsi nəzərdən keçirilir. "Müvafiq danışıqlar artıq aparılır", - deyə o bildirib. (report) / Teqlər : #Azərbaycan və Rusiya `Mi8/17` helikopterlərinin təmiri üzrə xidmət mərkəzinin açılması haqqında saziş imzalayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyanın hərbi gəmisi Bakıya gələcək Azərbaycan yeni növ snayper tüfənglərinin hazırlanması üzərində iş aparır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'