Azərbaycanda hər min nəfərdən 6-sı dünyasını dəyişir 13 Oktyabr 2017 01:00 Ölkə Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 39004 ölüm halı qeydə alınıb. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib. Respublikada doğulmaların sayına gəlincə, cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb. Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir. Teqlər : #Azərbaycanda hər min nəfərdən 6sı dünyasını dəyişir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Rusiyada dabaq HƏYƏCANI - Təhlükə Azərbaycana nə qədər yaxındır?