Ağcabədidə ana və uşaq ölümü

Ağcabədidə ana və uşaq ölümü

 
Ağcabədi rayonunda yanvarın 18-i gecə doğuş zamanı ana və körpə ölümü baş verdiyi bildirilir.
 
APA-nın xəbərinə görə, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşova Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinə gətirilib.
 
Xəbərdə qeyd edilir, doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə vəfat edib. Ölümlərin səbəbi, hələlik, açıqlanmır.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.
 
Son həftələr Gəncədə və ölkənin başqa bölgələrində də doğuş zamanı ana ölümü ilə bağlı tez-tez xəbərlər yayılır. /

Google+ WhatsApp ok.ru