B.Əsəd:  Qərb ölkələri dinc sakinlərin xilas edilməsindən daha çox  terrorçuların xilası üçün çalışırlar

B.Əsəd: Qərb ölkələri dinc sakinlərin xilas edilməsindən daha çox terrorçuların xilası üçün çalışırlar

Suriyanın prezidenti Bəşər Əsəd Rusiyanın "RT" telekanalına müsahibəsində deyib ki,  Qərb ölkələri Hələbdə dinc sakinlərin xilas edilməsindən daha çox  terrorçuları xilas etməyə çalışırlar. 
 
Maide.Az xəbər verir ki, B.Əsəd İŞİD terrorçularının yenidən Palmira (Tadmur) şəhərini işğal etməsi və Qərb ölkələrinin reaksiyası ilə bağlı deyib ki,  bu şəhər hökumət qüvvələri tərəfindən  azad ediləndə  Qərb ölkələri  bu şəhərdəki tarixi abidələr üçün narahatlıqlarını bildirirdi və hazırda bu şəhəri İŞİD işğal edib, oradakı tarixi əsərləri məhv edir lakin həmin ölkələr bunu pislməir və tənqid etmir.
 
“Bu Hələblə bağlıda belədir. Hələbi hökumət qüvvələri işğaldan azad edir, onlar dinc sakinlərlə bağlı narahatlıqlarını dilə gətirirlər, lakin İŞİD hər hansı bir bölgəni işğal edərkən Qərb ölkələrindən bu narahatlığı görmürük”. 
 
O, İŞİD terrorçuların Palmira şəhərinə hücümlarının əsas səbəblərini açıqlayıb.
 
Onun sözlərinə görə, İŞİD-in Palmiraya hücumu Suriya ordusunun xeyli irəliləməsinə cəvabdır. “Terrorçular Palmiraya hücüm etməklə, ölkə ordusunun diqqətini Hələbdən yayındırmaq istəyirlər, lakin əminliklə deyə bilərəm ki, onlar Suriya ordusunun irəliləyişini dayandıra bilməyəcəklər”. 
 
B. Əsəd Qərb ölkələrinin Hələbdə atəşkəs istəməsinə toxunub və deyib ki, onların Rusiya üçün bəyanatının tərcüməsi: "Xahiş edirəm, suriya ordusunun terrorçulara qarşı hücumu dayandırındır". Bütün məna budur, yerdə qalan hər şeyi unudun.
 
 

Google+ WhatsApp ok.ru