Bəhreyndə siyasi məhbuslarla həmrəylik nümayişi

Bəhreynli və başqa ölkələrdən onlarla hüquq təşkilatı Bəhreynde siyasi məhbusların azad edilməsi üçün imza kampaniyası başladıblar.
 
Maide.az-ın məlumatına görə, Bəhreyndə və digər ölkələrdən 100-dən çox hüquqi təşkilatın yayımladığı məlumatda Xəlifə rejimindən Bəhreyn insan haqqları mərkəzi başçısı Nəbil Rəcəb başda olmaqla digər siyasi dustaqların dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalarını istəyiblər.
 
Bəhreyndeki siyasi və hüquqi fəallar Nəbil Rəcəbin həbs olunmasına əsas gətirəcək heç bir qadağa və qeyri-qanuni fəaliyyətin olmadığını, Xəlifə rejiminin ölkədəki siyasi məhbusların ruhi və cismani sağlamlıqları mövzusunda zəmanət verməsi lazım olduğunu tələb ediblər.
 
Xatırladaq ki, Nəbil Rəcəb 1 oktyabr tarixində Bəhreyn daxili işlər və müdafiə nazirliklərinə təhqir maddəsi ilə həbs olunub.

Google+ WhatsApp ok.ru