Bəhreyndəki məhbus idmançıların sayı 75 nəfəri keçib

Bəhreyndə 2011-ci il 14 fevral hadisələrindən bəri bu ölkədə həbs edilən idmançıların sayı 75 nəfərə çatıb. Bəhreyndə məhbus idmançıları müdafiə komitəsi bəyanatında belə qeyd olunub.
Maide.az-ın məlumatına görə, bəyanatda deyilir: Zindanlardakı idmançıların sayı bundan çoxdur. Komitənin ixtiyarına verilən siyahı göstərir ki, Həməd Əl-Fəhd adlı məşhur idmançıya ömürlük həbs cəzası verilib.
Qeyd edək ki, həbs olunanlar arasında Bəhreynin milli futbol komandasının üzvü Həkim Əl-Əribi , " Əl-Bəsitin " klubunun üzvü İbrahim Əhməd Həbib  və Əl-Halə klubunun yeniyetmələr üzrə milli komandasının üzvü Əli Həsən Əli də var.
Bu komitə Bəhreyn hakimiyyətinin ölkə idmançılarına qarşı çıxardığı bu ədalətsiz qərarından təəssüfləndiyini bildirib. İdmançılar sırf söz azadlığı və öz əqidələrini bəyan etdiklərinə görə həbs olunublar. Komitə idmançı məhbusların hamısının azadlığa buraxılmasını tələb edib. /

 

Google+ WhatsApp ok.ru