İqbal Ağazadə girovlara görə Qarabağa gedir

Maide.az-ın anspress.com-a istinadən verdiyi məlumata  görə, bunu Milli Məclisin bu günkü iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib. O bildirib ki, beynəlxalq təşkilatlar onlarla maraqlanmır. Deputat onu da söyləyib ki, ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər. “Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar”, -deyə İqbal Ağazadə qeyd edib.
İnsan haqlarının müdafiəsi ilə bağlı yaradılan işçi qrupunu alqışlayıram. Bu Azərbaycan üçün yeni mərhələ, yeni müstəvidi. Arzu edirəm ki, İşçi Qrupun fəaliyyətini düzgün qursun və tez-tez əfv sərəncamları və amnistiyalar olsun. Siyasi məhbuslar, tutulanlar azad edilsin. Bu da Azərbaycana beynəlxalq aləmdə uğur qazandıracaq.
Deputat Fazil Mustafa isə bildirib ki, separatçı rejim qondarma məhkəmə keçirsə də, Rusiyadan olan, beynəlxalq aləmdə tanınan vəkillər onların müdafiəsini təşkil edə bilər. “Ötən gün Bəhruz Məmmədov adlı bir vəkil girovların müdafiəsi üçün əlindən gələni edə biləcəyini deyib. Yalnız təhlükəsizliyinin təmin olunmasını istəyib. Azərbaycan separatçı rejimi tanımır, amma Rusiyadan olan vəkillər onların müdafiəsini təşkil edə bilər. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”,-deyə Fazil Mustafa qeyd edib.
Millət vəkili Qənirə Paşayeva deyib ki, girovlarla bağlı millət vəkillərinin fikirlərini dəstəkləyirəm. “Beynəxlaq qurumlar bu məsələ ilə bağlı heç bir addım atmırlar. Biz görürük ki, girovlarımızla bağlı hansı addımlar atılırermənilər tərəfindən. Girov ailələruinə dəstək olmalıdır ki, onlar Avropa İnsan Haqqları məhkəməsində bu məsələni qaldırsanlar. Girovlarmıza işgəncə edilir. Bu yolverilməzdir”. /

Google+ WhatsApp ok.ru