Bəhreyn rejim qüvvələri hüseynçilərə hücum edib

Bəhreynin Ali Xəlifə rejiminin hərbçiləri İmam Hüseyn (ə) əzadarlarına hücum ediblər.

 

Maide.az-ın Press Tv-yə istinadən  məlumatına görə,  Bəhreyn rejim  qüvvələri şənbə günü axşam bu ölkənin bütün bölgələrində həyata keçirilən İmam Hüseyn(ə)-ın əzadarlıq mərasimlərinı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Ali Xəlifə rejiminin hərbçiləri həmçinin aşura münasibəti ilə hazırlanan plakatlar, bayraqlar və qara küçələrdən toplayıblar.

Bundan əvvəl Ali Xəlifə rejiminin kəşfiyyat qüvvələri məhərrəm mərasimlərinin qarşısını almaq üçün Səlmabad , Sitrə , Rəs Roman , Əl-Cəfər və bir neçə başqa məntəqələrə hücum edib Aşura simvollarını məhv etmişdilər.

 

 

Google+ WhatsApp ok.ru