Bəhreyndə hökumət əleyhinə aksiyalara hücum edilib

Ali Xəlifə rejimi hərbçilərinin Bəhreyndə hökumət əleyhinə aksiyalara hücumunda bir qrup şəxs yaralanıb.

Maide.az-ın  məlumatına görə, Ali-xəlifə rejimi qüvvələri bazar ertəsi gecə Bəhreynin müxtəlif bölgələri, o cümlədən Kərzkan, Əl-Malikiyyə və Şəhrəkan şəhərlərində ölkə xalqının aksiyalarına hücum edib, aksiya iştirakçılarına atəş açıb və 10-larla adam yaralanıb. 

Məlumata əsasən, etirazçılar Bəhreyndə fəal qadınların həbsinə etiraz  şüarlar səsləndirərək onların azad edilmələrini istəyiblər.

Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etirazları başlandıqdan bu günə kimi çoxlu sayda siyasi və hüquq fəalı həbs olunub./

 

Google+ WhatsApp ok.ru