Bəhreynli müxalif Tailanddan Bəhreynə ekstradisiya edilib

Bəhreyn və Tailand arasında Bəhreynli müxalifətin qaytarılması məsələsi ölkədə etirazlara səbəb olub.
 
Maide.az xəbər verir ki, bəhreynli müxalifətin Tailanddan narkoz vurulmuş şəkildə Bəhreynə göndərildiyinin ortaya çıxmasından sonra etiraz olunub. Bu barədə açıqlama yayan Bəhreyn İnsan Haqları Mərkəzinin sədri Nəbil Rəcəb Əli Harun adlı müxalifətin Bəhreynə ekstradisiyasından sonra dərhal Mənamədə yerləşən xəstəxanaya aparıldığını bildirib. Səbəb isə onun narkozdan ayılmamasıdır.
 
Tailand hakimiyyəti cümə günü Beynəlxalq Təşkilatların tələblərini heçə sayaraq Bəhreyn rejiminin çağırışı ilə Bəhreyn rejiminin müxalifi Əli Harunu Bankok hava limanında həbs etmiş və təyyarə ilə Bəhreynə göndərmişdi.
 
Qeyd edək ki, Əli Harun Bəhreyn rejimi əleyhinə keçirilən etiraz aksiyalarına qatıldığı bəhanəsi ilə qiyabi olaraq mühakimə olunurdu.

Google+ WhatsApp ok.ru