Bərpaya ehtiyacı olan daha bir məscid - VİDEO 10 Fevral 2015 02:00 Xəbərlər Maide.az TTV-yə istinadən xəbər verir ki, Tovuzda bərpaya ehtiyacı olan daha bir abidə var. Məscid, mədrəsə kimi fəaliyyət göstərən abidədən indi divarlar qalıb. Əsrlərin yadigarı olan məscid məhv olmaq üzrədir. Tovuz rayonunun Vahidli kəndində yerləşən məscid 18-ci əsrdə inşa edilib. Daha sonra mədrəsə kimi fəaliyyət göstərib. Vaxtilə burada yaşamış maarifçi Mirzə Yusif kəndin və qonşu kəndlərin uşaqlarına oxuma-yazma öyrədib. Məscidin tikintisi zamanı sarı torpaqdan, çay daşları və qırmızı kərpicdən istifadə olunub. İki gümbəzdən ibarət olan məscidin ərtafında bəylərə məxsus qəbirlər var. Bura Sovet imperiyası qurulana qədər ibadət yeri olub. Məscid 1988-ci ildən yenidən bərpa olunsa da indi məhv olmaq üzrədir.Dövlət tərəfindən memarlıq abidəsi kimi siyahıya alınan abidənin təmir-bərpaya ehtiyacı var. Teqlər : #Bərpaya ehtiyacı olan daha bir məscid VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sürücülərin nəzərinə - Bu yol bağlıdır Bu günün Bakıda yağış yağacaq