Sürücülərin nəzərinə - Bu yol bağlıdır

Maide.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Google+ WhatsApp ok.ru