Bəhreyndə daha bir qalmaqallı həbs

Bəhreyn rejiminə qarşı siyasi fəal olan Seyid Əqil Əl-Musəvinin oğlu evinə edilən basqınla həbs olunub. Basqını edən rejimin təhlükəsizlik qüvvələrinin sayca çoxluğu və istifadə etdikləri ağır silahlar diqqətlərdən qaçmayıb.
 
Maide.az xəbər verir ki, şahidlərin bildirdiklərinə görə, atasının evində qalan Məhəmməd Əl-Musəvi polis qüvvələri tərəfindən Daxili İşlər Nazirliyinə aid hərbi vasitələrlə saxlanılıb. Hara aparıldığı isə hələ də bilinmir.
 
Seyid Əl-Musəvinin digər oğlu 17 yaşlı Cihad Əl-Musəvi isə Bəhreyn rejiminin məhkəmələri tərəfindən 3 illik həbs ilə cəzalandırılıb.
 
Həmçinin Seyid Musəvinin ən kiçik oğluna isə dövlət pasport verməyi qəbul etmir.

Google+ WhatsApp ok.ru