Bəhreyn Ordusuna Türkiyə istehsalı zirehli texnika verilib

Bəhreyn ordusu və xüsusi qüvvələri Türk OTOKAR istehsalı taktik zirehli personal daşıyıcılarla təchiz edilir.
 
Maide.az xəbər verir ki, Bəhreyn xüsusi qüvvələri hazırda istifadə etdikləri ARMA tipli Türkiyə istehsalı zirehli vasitələrlə təlim keçir.
 
OTOKAR-ın Bəhreynə neçə zirehli maşın satdığı açıqlanmır.
 
ARMA-nın texniki göstəriciləri belədir:
 
ARMA xüsusilə yüksək müharibə ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir.
 
7,62 mm-dən 105 mm-ə qədər müxtəlif silah sistemləri istifadə edilir.
 
Zirehli müharibə vasitələri ailəsinin 6x6 versiyası olan ARMA müasir orduların çoxtəkərli yığcam platformadan gözlədikləri bütün vəzifələri ödəmək qabiliyyətinə sahibdir.
 
Müxtəlif vəzifələrə uyğun hazırlanan ARMA, ehtiyaclar istiqamətində müxtəlif silah və qüllə sistemləri ilə təchiz edilə bilir. 6x6 ARMA zirehli texnikası sürücü və komandir də daxil olmaqla ümumilikdə 10 heyəti daşımaq üstünlüyünə sahibdir. ARMA C130 də daxil olmaqla hər cür nəqliyyat təyyarəsi ilə daşına bilir.

Google+ WhatsApp ok.ru