Bəhreyndə Şeyx Əli Salmanın azad olunması üçün etiraz aksiyaları yenidən genişlənib

Bəhreyn xalqı yenidən hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirib.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Bəhreyn xalqı "Əl-Vəqf" partiyasının lideri İslam Şeyx Əli Salmanın azadlığa buraxılmasını tələb etmək üçün yenidən küçələrə axışıb.
Aksiya iştirakçıları Bəhreyn rejiminin repressiyalarına etiraz ediblər. Etiraz aksiyasında Şeyx Əli Salmanın və digər vicdan məhbuslarının dərhal azad edilməsini tələb ediblər. Nümayişçilər beynəlxalq hüquq təşkilatlarını bu məsələyə müdaxilə etməyə çağırış ediblər.
Bəhreyn rejiminin ordusu nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edərək xeyli sayda etirazçını həbs ediblər./
 

Google+ WhatsApp ok.ru