Bəhreyn xalqı inqilab mübarizələrini davam etdirəcəyini bildirib

Maide.az xəbər verir ki, Bəhreyn 14 Fevral Gənclər Koalisiyasının İnqilab Hərəkatının üzvü Əbdüləmir əl-Vəcihi açıqlamasında, "Bəhreyn vətəndaşlarının Ali-Xəlifə rejiminin repressiv və vəhşicəsinə hərəkətlərindən qorxusu yoxdur və öz inqilablarını mübarizə nə qədər ağır olsa da, davam etdirəcəklər", - deyib. 

Əbdüləmir əl-Vəcihi bildirib ki, Ali-Xəlifə rejimi Bəhreyn xalqının inqilabını onun haqlı tələblərindən yayındıra və Bəhreyn xalqını öz məqsədlərinə çatmaqdan çəkindirə bilməz: "Bəhreyn rejiminin başçıları törətdikləri cinayətlərə görə ədalətli məhkəməyə çıxarılmalı və mühakimə olunmalıdırlar. Bəhreyn xalqı nə onları bağışlayacaq və nə də onlarla danışıqlar aparacaq."

Google+ WhatsApp ok.ru