Bəhreyn xalqı Şeyx Əli Salmanı dəstəkləyir

Şeyx Əli Salman 4 il müddətinə azadlıqdan məhrum edildi

Bəhreyn vətəndaşları Milli Birlik İslam Cəmiyyətinin baş katibinin həbsi və mühakiməsinin davam etməsinə etiraz olaraq aksiya keçirib.
Maide.az İRNA-ya istinadən məlumat verir ki,  Bəhreyn paytaxtı Manamanın əl-Bilad əl-Qədim məntəqəsində hərbçilərin hazır vəziyyətə gətirilməsinə baxmayaraq, Bəhreyn vətəndaşları Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbsi və mühakiməsinin davam etməsinə etiraz olaraq aksiya keçirib və onun dərhal azad olunmasını tələb ediblər. 
Etirazçılar Bəhreyn bayrağı və Şeyx Əli Salmanın şəkillərini əllərində tutaraq demokratiyanın reallaşmasına dair bu ölkə xalqının qanuni və ədalətli tələblərinin gerçəkləşməsini istəyiblər. 
Bu istiqamətdə əl-Diyə və əl-Müsəlla bölgələrində və digər bölgələrdə də etiraz aksiyaları keçirilib.
Ali-Xəlifə rejimi məhkəməsi bu gün Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. 
Şeyx Əli Salman 2014-cü il 28 dekabrda əsassız ittihamlarla həbs olunub. 
Bəhreyn xalqı 2011-ci ildən bəri ölkədə ictimai və siyasi islahatların aparılmasını tələb edir. 
Ali-Xəlifə rejimi dinc etirazları repressiya edir, müxalifləri edam, həbs və ya vətəndaşlıqdan məhrum edir./

Google+ WhatsApp ok.ru