Bəhreyndə Ali Xəlifə rejim qüvvələri ilə aksiya iştirakçıları arasında toqquşma baş verib

Bəhreynin təhlükəsizlik qüvvələri Sitrə adasında aksiya iştirakçılarına hücum edib.

Maide.az xəbər verir ki,  onlarla inqilabçı gənc Bəhreynin Sitrə adasında bu gün Ali-Xəlifə rejiminin repressiyalarına etiraz olaraq aksiya keçirib. Təhlükəsizlik qüvvələri və aksiya iştirakçıları arasında  toqquşma baş verib. 

Ali-Xəlifə rejiminə bağlı qüvvələr aksiya iştirakçılarını dağıtmağa məcbur etmək üçün gözyaşardıcı qazlardan istifadə edib. Təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına qarşı istifadə etdiyi gözyaşardıcı qaz o qədər çox olub ki, məntəqənin üzərində iri duman yaranıb.  

Sitrə adası ötən 4 ildə Ali-Xəlifə rejiminə qarşı ən çox etirazların şahidi olub və Bəhreyndə xalq etirazlarında ən çox insan itkisi də elə bu adaya aiddir./

Google+ WhatsApp ok.ru