Bərdədə 2 ayın gəlini özünü öldürdü

Bərdədə dəhşətli intihar hadisəsi baş verib. Rayonun Saatlı kənd sakini 1996-cı il təvəllüdlü Aytac Əfqan qızı Cabbarova qoşalülə ov tüfəngindən atəş açaraq özünü öldürüb.
 
Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə saat 19 radələrində baş verib. Evdə heç kimin olmadığını görən A. Cabbarova qonaq otağında özünə atəş açıb. 
Gəlin yerindəcə keçinib. 
 
İlkin ehtimala görə, gənc gəlinin intiharının səbəbi ailədaxili münaqişə olub. Lakin dəqiq təfərrüatlar istintaq yekunlaşdıqdan sonra məlum olacaq.
 
Qeyd edək ki, Aytac Cabbarova 2 ay öncə öz əmisi oğlu ilə ailə həyatı qurub.
 
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 
Xatırladaq ki, bənzər hadisə bir müddət öncə Tovuz rayonunda da baş vermişdi. Tovuz rayonunda gəlin toyunun səhəri gün intihar edib. 1997-ci il təvəllüdlü D.F. özünü körpüdən atıb. Ağır yaralanan 18 yaşlı qız xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
 
Araşdırmalar zamanı məlum olub ki, D.F. bir müddət əvvəl qonşu kənddə yaşayan oğlan tərəfindən qaçırılıb. Sonradan qıza toy mərasimi qurulub.

Google+ WhatsApp ok.ru