Bəhreyndə müxaliflərin həbsi genişlənir

Bəhreyndə 3 insan haqları təşkilatı, ölkədə repressiya dalğasının güclənməsi barədə xəbərdarlıq edib.
Maide.az xəbər verir ki, Əl-Lolo informasiya kanalının verdiyi məlumata görə, beynəlxalq insan haqları təşkilatları Ali-Xəlifə rejiminin repressiyalarının artması barədə narahatlıqlarını bildiriblər. Bu məlumata görə, 28 iyul 2015-ci il tarixində Sitrə adasında baş verən partlayışın ardınca insanların kütləvi şəkildə cəzalandırılması və həbs edilməsinə başlanılıb. 
İnsan haqlarını müdafiə təşkilatları Bəhreyn dövlətindən istəyiblər ki, insanlardan zorla etiraf almaq üçün onlara qarşı tətbiq etdiyi işgəncələri dayandırsın və məhbuslara ailələri və vəkilləri ilə görüşmək icazəsi versin. 
İnsan haqlarını müdafiə təşkilatları həmçinin, saxlanılan şəxslərin vəziyyətinə ən qısa zamanda aydınlığın gətirilməsini və günahsız olduqları sübuta yetirildiyi təqdirdə, onların azad edilməsini istəyib. /

Google+ WhatsApp ok.ru