Bərdədə itkin düşən uşaq ...yatıbmış 28 Oktyabr 2015 02:00 Hadisə Bərdə rayonunda itkin düşdüyü ehtimal olunan uşaq tapılıb. Ötən gün məktəbdən çıxdıqdan sonra itkin düşdüyü ehtimal olunan Bərdə 3 saylı orta məktəbin I sinif şagirdi Xəlilov Elsevər Təbriz oğlunun öz həyətlərindəki yardımçı tikilidə olduğu məlum olub. Yaxınlarının bildirdiyinə görə, E. Xəlilov evə gəldikdən sonra həyətlərində olan yardımçı tiklidə oynadıqdan sonra orada da yatıb. Valideynləri isə onun itkin düşdüyünü güman ediblər. Həkim müayinəsindən sonra E. Xəlilovun səhhətində heç bir problem olmadığı müəyyən olunub. Teqlər : #Bərdədə itkin düşən uşaq ...yatıbmış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Sumqayıt yolunda qəza, xəsarət alanlar var (VİDEO) Yük maşını mikroavtobusla toqquşaraq körpüdən aşdı: xəsarət alanlar var