Bəşar Əsədə dəstək kampaniyasında dünyanın ən böyük ərizəsi imzalandı-FOTO

Suriyalı gənclər Dəməşq Universitetinin Elektromexanika mühəndisliyi fakültəsində 10 km uzunluğunda ərizə imzalayaraq, Suriya ordusu və prezidenti Bəşar Əsədə dəstək olduqlarını bildiriblər.
 
Maide.az xəbər verir ki, bu müraciətdə terrorizm tam məhv edilənədək müharibənin zəruriliyi vurğulanıb.
 
Suriya Dövlət Xəbər Agentliyi bildirib: Bu ərizənin 5 kilometri indiyədək Dəməşq, Soveyda, Dəra və Lazeqiyyə gəncləri tərəfindən imzalanıb.
 
Gənclər Dərnəyinin sədri Şadi Tələb deyib: Bu müraciət məzlum Suriya xalqına qarşı mühasirə və iqtisadi blokadanın aradan qaldırılması üçün Beynəlxalq məhkəmələrə şikayət, ölkənin daxili işlərinə qarışmamaq və ölkə əhalisini qətlə yetirənlərin mühakimə edilməsi ilə bağlı Suriyanın bütün vilayətlərinə göndəriləcək.
 
Müraciəti imzalayanlar qeyd ediblər ki, düşmənlər və terrorizm tam məhv edilənədək Suriya ordusu və prezidenti Bəşar Əsədə dəstək olduqlarını bildirirlər. /
 
 
 
 

Google+ WhatsApp ok.ru