Bərdədə avtomobil dirəyə dəyib, eyni ailədən 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.
 
Maide.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də saat 17.00 radələrində Bərdə rayonunun Göyüşlü kəndində rayon sakini Mobil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişin, sürücünü arvadı İlhamə hadisə yerində ölüb, özü və digər sərnişini qızı - Şahnaz xəstəxanaya yerləşdirilib.
 
Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Google+ WhatsApp ok.ru