Bəbir məktəbə hücum etdi, 6 nəfəri yaraladı -VİDEO

Hindistanda bir məktəbdə qorxulu anlar yaşanıb. Milli parkdan qaçan bir bəbir məktəbə daxil olaraq 6 nəfəri yaralayıb. Yalnız 10 saat sonra bəbir keyidilərək zərərsizləşdirilib.
 
Məktəbə daxil olan bəbir 6 nəfərə xəsarət yetirdi.
 
Qorxunc hadisə Hindistanın Bangalore şəhərində yaşanıb.
 
Məktəbin təhlükəsizlik kameralarından götürülümüş görüntülərdə bəbirin üzgüçülük hovuzunun yanında bir kişiyə hücum etdiyi görünür.
 
Xilasediclər vəhşi heyvanı yaxalamağa cəhd ediblər. Təxminən 10 saat sonra bəbir keyidilərək məktəbdən çıxarılıb və milli parka göndərilib.
 
Təbiəti mühafizə üzrə alim Sanjay Gubbi və meşə təsərrüfatı işçisi Benny Maurius da heyvanı yaxalamağa çalışarkən yaralanıblar. Xəsarət 6 nəfər xəstəxanaya yerləşdirilib.
 
Son siyahıyaalmaya görə, Hindistanda 12 minlə 14 min arasında bəbir yaşayır. xezerxeber/
 

Google+ WhatsApp ok.ru