Bəzi avtobusların hərəkət marşrutu dəyişir - SXEM

Mart ayının 19-u paytaxtda keçirilən Novruz bayramı tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından "BakuBus"a məxsus 2 və 14 saylı marşrut xətləri istiqamətlərini müvəqqəti dəyişməli olacaq.
 
Bu barədə Milli.Az-a "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
 
Onun sözlərinə görə, 2 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə doğru istiqamət alacaq, 14 saylı xətt üzrə hərəkət edən avtobuslar isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək metronun "28 May" stansiyasının önünə doğru hərəkət edəcək./
 
 
 

Google+ WhatsApp ok.ru