Bəhreynin tanınmış ruhanisi vəfat edib

Bəhreynin tanınmış şiə ruhanisi əllamə Seyyid Cavad Əlvidai ötən gün uzun surən xətəlikdən sonra vəfat edib. 

Maide.az xəbər verir ki, Əlvidai Bəhreyn xalqının hüquqlarını müdafiə edən tanınmış ruhanilərdən olub. Ali Xəlifə rejimi əleyhinə olan bəyanatların çoxunda onun da imzası olub.  

O, 1923-cü ildə Bəhreynin Barbar şəhərində anadan olub və təhsilini Nəcəf şəhərində alıb. 20 ilə yaxın Nəcəfdə Ayətullah Xoyi, Ayətullah Həkim, və Ayətullah Məhəmməd Baqir Sədr kimi şəxsiyyətlərin şagirdi olub. Daha sonra Bəhreynə qayıdıb və dini fəaliyyətlərini davam etdirib. /

 

Google+ WhatsApp ok.ru