Bəhreyn alimləri Ali Xəlifə rejiminin şiəfobiya siyasətlərini pisləyib

Bəhreyn şiə alimləri bəyanat yayaraq  Ali Xəlifə rejiminin məscid imamları və din xadimlərinin həbsini davam etdirməsinə etiraz ediblər. 
 
Maide.az xəbər verir ki, Bəhreynli alimlər  Ali Xəlifə rejiminin  alimlər və məscid imamlarına qarşı ayrıseçkilik hərəkətlərini pisləyib və rejimi bu kimi hərəkətləri dayandırmağa çağırıblar.
 
Bazar günü yayımlanan bəyanatda bildirilir: Şiə alilməri  böhran yaratmaq fikrində deyillər onların məscidlərdəki  xütbələri  dini işləri  bəyan edilməsi istiqamətindədir və zorakılıq və ifratçılığı  yaymır.
 
İsa Qasim,  Əbdülhüseyn Əlsətri, Abdullah Əl-Qərifi və Məhəmməd Saleh Ər-Rəbii kimi alimlər bu bəyanatı imzalayıblar. 
 
Alimlər  bəyanatda bildirib ki, xalqı dini məsələlərlə tanış etmək  dinalimlərinin  borcudur.Əgər  Bəhreyn rejimi alimləri bu borcu yerini yetirməyi qadağan edirsə, elə yaxşı olar ki, məscidlərə getməyi və namaz qılmağı qadağan etsin.
 
Bazar günü Bəhreyndə 10  insan haqları təşkilatı da bəyanat yayaraq Ali Xəlifə rejiminin dini azadlıqları məhdudlaşdırmasını pisləyiblər.  Bu təşkilatlar  Bəhreynrejimindən istəyiblər ki, insanların hüquqlarına hörmətlə yanaşsın və dini ayrıseçkiliyə yol verməsin. Bəyanatda bildirilir:  Bəhreyndə  müxtəlif din mənsubları uzun illərdir dinc şəraitdə bir-birinin yanında yaşayır.  Bəhreyn rejiminin  şiələrə qarşı  ayrıseçkilik siyasəti  və onlara hücumları  ölkədə  problemlər yarada bilər.  
 
Qeyd edək ki, Bəhreynin diktatura rejimi, ölkədə çoxluq təşkil edən Əhlibeyt tərəfdarlarına qarşı aqressiv-repressiv siyasət həyata keçirir. Yüzlərlə fəal və ruhani məhz, Ali Xəlifə rejiminin siyasətini tənqid etdiklərinə görə, daima təqib və həbslərlə üzləşirlər. Rejim, təkcə Əhlibeyt tərəfdarlarına qarşı deyil, ölkədəki digər Əhli-sünnədən olan müxalif  fəallar, həmçinin qeyri-dini inanclara sahib azadlıq təələb edənlərə qarşı da sərt addımlar atmaqdadır.
 
 

Google+ WhatsApp ok.ru