Bəhreyndə etiraz aksiyaları davam edir

Bəhreyndə etiraz aksiyaları davam edir

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyndə Şeyx İsa Qasimin vətəndaşlıq hüququnun əlindən almasına etiraz məqsədilə bəhreynlilərin Manamada dini liderin evi qarşısındakı keçirdiyi aksiyaların davam etdiyi bildirilib.

Aksiyada iştirak edənlər dövlət tərəfindən Şeyx İsa Qasimin vətəndaşlıq hüququnun əlindən alınmasına etiraz edib, hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bəhreynin Əl-Məamir bölgəsində hökumət qüvvələri nümayişçilərə hücum edərək onlardan 21-ini həbs edib.

Digər tərəfdən, Əl-Malikiyə və Nuveydərat bölgəsində də təhlükəsizlik qüvvələri dinc yaşayış məntəqələrinə hücum edərək qanunsuz həbs siyasətlərini davam etdirib.

Bəhreyndə 2011-ci ilin fevralından etibarən başlayan dövlət əleyhinə etirazlar hələ də davam edir.

Google+ WhatsApp ok.ru