Bəşər Əsəd: “Ordumuz terrorizm üzərində qələbə qazanmağa qadirdir`

Bəşər Əsəd: “Ordumuz terrorizm üzərində qələbə qazanmağa qadirdir`

 
 “Suriya ordusunun zabit və əsgərləri terrorçu dəstələrə müqavimət göstərərək qələbə qazanmağa qadirdir”.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd Suriya ordusunun yaranmasının 71-ci ildönümü ilə bağlı hərbçilərə ünvanlanan müraciətində deyilir.
 
B. Əsəd bildirib ki, Suriya Ərəb Respublikasının ordusu Suriya və Yaxın Şərqdə sabitlik, təhlükəsizlik, ölkənin suverenliyi və milli ləyaqətini qoruyan qala olaraq qalacaq.
 
Suriyanın hazırda həlledici bir dövrə daxil olduğunu deyən B. Əsəd qələbənin əldə edilməsi üçün səylərin ikiqat artırılmasının vacibliyini önə çəkib. /

Google+ WhatsApp ok.ru