Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Maide.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Kiçik Qafqaz bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-140 faizini təşkil edir.

 

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 104 m3/s olmaqla, ongünlük normanın 150 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Bankədə 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 372 sm (2015-ci il avqustun 01-də 346 sm), Salyanda 148 sm (2015-ci il avqustun 01-də 117 sm), Bankədə 180 sm (2015-ci il avqustun 01-də 171sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 sm (2015-ci il avqustun 01-də 58 sm) təşkil edir.  /

Google+ WhatsApp ok.ru