Bəhreyndə daha bir şiə alim həbs olundu

Bəhreyndə daha bir şiə alim həbs olundu

Bəhreyndə Ali Xəlifə rejimi şiə alimlərə qarşı represiyalarının davamında  İmam Baqir (ə) adına dini elmi mərkəzin müdiri Şeyx Məhəmməd Cavad Şəhabini həbs edib. 
 
Maide.Az xəbər verir ki, Bəhreyn TƏhlükəsizlik Qüvvələri ötən gün  Şeyx Məhəmməd Cavad Şəhabini Diraz yoxlama məntəqəsində saxlayıb, Bədi polis bölməsinə aparıblar. 
 
Diraz  bölgəsi Ayətullah Şeyx İsa Qasimin yaşadığı bölgədir. Şeyx Qasimin vətəndaşlığı ləğv edildikdən sonra yüzlərlə insan onun evinin önündə oturaq aksiya keçirir və Bəhreyn rejiminin hərəkətlərinə etiraz edir. 
 
Qeyd edək ki,  Ali Xəlifə rejimin indiyədək bir neçə şiə alimi o cümlədən Şeyx Əbdülhəkim Əl-İradi,  Şeyx Həmzə Əl-Deyri,  Şeyx Casim Əl-Mətlu,  Seyyid Haşim Əl-Bohranini və siyasi fəallar Adil Məzruq və Qomşir Firuzu həbs edib. 
 
Bəhreyn rejimi rejim əleyhdarları, xüsusilə şiələrə qarşı repressiv addımlarını günü-gündən çoxaldır.
 
Bəhreyn alimləri Ali Xəlifə rejiminin dini alimlərə qarşı  repressiv addımlarını pisləyən bəyanat yayımlayıblar.  Bəyanatda alimlərin həbsi və siyasi müxaliflərə qarşı təzyiqlərin  davam etdirilməsinin ölkənin sabitliyi və təhlükəsizliyinin təmini üçün təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq  edilib. 
 
Məlumatda həmçinin bildirilir ki, Ali-Xəlifə rejimi şeyx Qasimin yaşadığı Diraz rayonunun internetini kəsib.  Bəhreyn İnsan Haqları Təşkilatının məlumatına görə, ölkənin iki əsas mobil rabitə operatoru BATELCO və Zain şirkətlərinə bölgədəki mobil interneti tamamilə kəsmək tapşırılıb.
 
Hazırda Ayətullah İsa Qasimin evi önündə etiraz aksiyaları davam etməkdədir. Bəhreyn rejimi onun vətəndaşlıqdan çıxarılmasına dair çıxardığı qərar vətəndaşlar tərəfindən sərt etirazlarla qarşılanıb.
 

Google+ WhatsApp ok.ru