Bəzi yerlərdə yağış yağacaq 26 Oktyabr 2016 01:00 Ölkə Bakı və Abşeron yarımadasında oktyabrın 27-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yarımadada gecə 5-7° isti, gündüz 9-12°, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. Teqlər : #Bəzi yerlərdə yağış yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sürücülərin DİQQƏTİNƏ: Azərbaycanın ən təhlükəli yolları İran XİN: Xəzərin dibinin bölünməsi və bioloji ehtiyatların istismarı haqqında ilkin razılıq əldə olunub