Bəhreyndə etirazlar davam edir

Bəhreyndə etirazlar davam edir

Ali Xəlifə rejimi tərəfindən şəhid edilən Əhli-Beyt (ə) ardıcıllarından olan 3 gənc fəalın yanvarın 15-də edam edilməsinin ardınca, bu ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirilir. 
 
Maide.Az xəbər verir ki, etiraz aksiyası bu 3 şəhidin doğulduğu bölgədə Sanabesdə təşkil olunub. 
 
Etirazçılar 3 şəhidin fotolarını əllərində tutaraq Ali Xəlifə rejiminin cinayətlərini pisləyib. 
 
Etiraz aksiyasında qadınlar, kişilər və uşaqlar geniş iştirak edib. 
 
Həmçinin, Manamanın Akar bölgəsində etirazçılar və təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. /

Google+ WhatsApp ok.ru