Bəhreyn xalqından Ayətullah İsa Qasimin mühakimə edilməsinə sərt reaksiya - VİDEO

Bəhreyn xalqından Ayətullah İsa Qasimin mühakimə edilməsinə sərt reaksiya - VİDEO

Bəhreyn xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasimin Ali Xəlifə rejimi tərəfindən mühakimə edilməsinə reaksiya verərək, küçələrə axışıb.
 
Bəhreyn xalqı Ayətullah İsa Qasimin mühakimə olunduğu növbəti məhkəmə iclasından əvvəl bütün bölgələrdə nümayiş təşkil ediblər.
 
Minlərlə bəhreynli fevralın 26-ı gecə ölkənin müxtəlif yerlərində keçirdikləri mitinqlərdə Ayətullah İsa Qasimin Ali Xəlifə rejimi tərəfindən mühakimə olunmasının davam etməsini şiddətlə qınayıb və rejimin qəbul edəcəyi istənilən düşüncəsiz qərara qarşı sərt xəbərdarlıq edib.
 
Nümayişçilər "Fəqihin fədaisiyik", "Son nəfəsimizə qədər müdafiə edəcəyik", "Zillət bizdən uzaqdır" şəklində şüarlar səsləndirərək Ayətullah İsa Qasımın mühakimə edilməsini qınayıb.
 
Bu arada, 27 fevral tarixində Ayətullah İsa Qasimə qarşı irəli sürülən ittihamlarla keçirilməsi qərarlaşdırılan məhkəmə iclasının təxirə salındığı bildirilir.
Digər tərəfdən, Bahreyn Daxili İşlər Nazirliyi polisləri daşıyan maşınların birinə qarşı təşkil olunmuş partlayış nəticəsində 4 zabitin yaralandığını qeyd edib. Nazirlik polis avtobusunun Cav adlı kəndin yaxınlığında patladıldığını iddia edib.
 
Bəhreynin Apellyasiya Məhkəməsi isə 2 Bəhreyn vətəndaşına ömürlük, 4 Bəhreyn vətəndaşına isə 10 il həbs cəzası verilməsi qərarını təsdiqləyib. Məhkəmədə 2014-cü ildəki terror hücumu ittihamı ilə ömürlük həbs qərarı verilən 2 Bəhreyn vətəndaşının cinayətini sübut edəcək heç bir dəlil təqdim edilməmişdir. (deyerler) /

Google+ WhatsApp ok.ru