Bərdədə polis 3 yaşlı uşağı öldürdü 13 Aprel 2017 01:00 Hadisə Bərdə rayonunda faciəvi hadisə baş verib. Rayonun Mustafaağalı kəndində Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı Çingiz Quluzadə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac Həsənzadəni vurub. 3 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. Ç.Quluzadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib. (lent) / Teqlər : #Bərdədə polis 3 yaşlı uşağı öldürdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Uçqun hadisəsi tikinti normalarının pozulmasına görə olub` Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var