BƏƏ ilə ABŞ arasında 2 milyardlıq silah alveri

BƏƏ ilə ABŞ arasında 2 milyardlıq silah alveri

ABŞ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2 milyard dollar dəyərində 160 ədəd modernləşdirilmiş “Patriot” raket sistemlərinin satılmasına dair sənədi təsdiqləyib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istiandən xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi (DSCA) elan edib ki, Amerika regionda müttəfiqi olan BƏƏ-yə satılan raket komplekslərindən 60 ədədi Patriot PAC-3 tipli raket kompleksidir. “Bu müqavilə ABŞ-ın xarici siyasət və təhlükəsizliyinə yardım edəcək, çünki
Amerikanın müttəfiqlərindən birinin təhlükəsizlik səviyyəsi yaxşılaşacaq”. 
 
ABŞ Kenqresi də ölkənin BƏƏ-yə raket satışı müqaviləsini təsdiqləyib. 
 
BƏƏ fevral ayında Əbu-Dabi keçiriən beynəlxalq hərbi sərgi çərçivəsində Qərb ölkələrindən 5 milyard dollar dəyərində silah və sursat almağa dair müqavilə imzalayıb. /

Google+ WhatsApp ok.ru