Bəhreyndə etirazçılar və polis arasında qanlı toqquşma FOTO/VİDEO - YENİLƏNİB 2

Bəhreyndə etirazçılar və polis arasında qanlı toqquşma FOTO/VİDEO - YENİLƏNİB 2

Ali-Xəlifə rejim qüvvələri Ayətullah Şeyx İsa Qasimin evinə  hücum edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, rejim qüvvələri Şeyx İsa Qasimin evinin içinə göz yaşardıcı qaz və güllələrlə atəş açaraq evin içinə soxulub. 
 
Bəzi xəbər qaynaqları Ayətullah Şeyx İsa Qasimin saxlanıldığını bildirir.
 
 
 
 
 
 
***
Ali Xəlifə rejim qüvvələri dinc aksiyaları dağıtmaq məqsədi ilə Diraz bölgəsində etirazçılara hücum edib və hücum zamanı bir nəfər həyatını itirib. 
 
Maide.Az Presstv-yə istinadən xəbər verir ki, Bəhreyn polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
 
Məlumata görə, etirazçılar və polis qüvvələri arasında baş vermiş qarşıdurmada hər iki tərəfdən yaralananlar olub. Etirazçılardan Məhəmməd Kazım Möhsin Zinəddin adlı gənc həyatını itirib.
 
Etiraz aksiyası Bəhreyn məhkəməsinin ölkə şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim barəsində çıxardığı hökmə etiraz əlaməti olaraq keçirilib. 
 
Bu gün səhər Ali Xəlifə rejim qüvvələrinin zirehli texnikası Diraz kəndinin Fəda meydanını mühasirəyə alıb. Etirazçılar kəfən geyinərək meydana axışıb və Ali-Xəlifə rejim əleyhinə şüarlar səsləndirərək zirehli texnikanın Diraz kəndinin mərkəzinə girməsinə mane yaradıb. Bu zaman qarşıdurma yaranıb.  100 -dən çox insanın yaralandığı bildirilir.
 
Qeyd edək ki, ötən bazar günü Bəhreyndə ölkə şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin məhkəməsi keçirilib. 
 
Ali-Xəlifə rejimi məhkəməsinin hökmü ilə Ayətullah Şeyx İsa Qasim 1 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Məhkəmənin qərarı ilə o, 3 milyon Bəhreyn dinarı məbləğində əmlakı müsadirə olunmaqla, 1000 Bəhreyn dinarı məbləğində cərimə edilib. 
 
Məhkəmənin qərarına əsasən, Ayətullah Isa Qasim barəsində çıxarılan 1 illik həbs cəzasının icrası üç il təxirə salınıb.  
 
Şeyx İsa Qasim Bəhreyn şiələrinin rəhbəridir. O, 1971-ci ildə Bəhreyn ölkəsi müstəqil olduqdan sonra təhsil aldığı Nəcəf şəhərindən ölkəsinə qayıdıb və xalqın seçimi ilə parlamentdə təmsil olunub və uzun müddət Bəhreyn Milli Məclisinin üzvü olub. 
 
Şeyx İsa Qasim 2011-ci ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının lideri hesab edilir. Bəhreyn rejimi onun vtəndaşlığını ləğv edib. Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb. Ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz bölgəsində etirazlar davam edir. /
 
 
درگیری خونین نیروهای امنیتی بحرین با مردم
 
درگیری خونین نیروهای امنیتی بحرین با مردم
 
 
 
 
درگیری خونین نیروهای امنیتی بحرین با مردم
 
درگیری خونین نیروهای امنیتی بحرین با مردم
 
درگیری خونین نیروهای امنیتی بحرین با مردم
 
درگیری خونین نیروهای امنیتی بحرین با مردم
 
 
 
 
 

Google+ WhatsApp ok.ru