Bəhreyn rayon və qəsəbələrində kütləvi etiraz aksiyaları keçirilir - VİDEO

Bəhreyn rayon və qəsəbələrində kütləvi etiraz aksiyaları keçirilir - VİDEO

Cari ayın 23-də Bəhreyn rejimi qüvvələrinin əd-Dərrazda Ayətullah İsa Qasimin mənzilinə və tərəfdar aksiyaçılara basqın etməsindən sonra alimin taleyi naməlum olaraq qalır.
 
Ölkənin əksər rayon və qəsəbələri son 3 gündə kütləvi etiraz aksiyalarının və polislə qarşıdurmaların şahididir.
 
Nuveydat, əl-Musəlla, Kərazkan, əd-Diyə, Əbu-Səybə, əl-Mərix kimi rayon və qəsəbələr daha aktiv etiraz aksiyalarının şahidi olub.
 
Cari həftənin ikinci günü həyata keçirilən basqından sonra 280 nəfər tutulub, 200-dən çox insan yaralanıb. Ayətullah İsa Qasim də daxil olmaqla alimin mənzilində olan 50 nəfərdən hələ də xəbər yoxdur.
 
Bundan əlavə əhali, basqın zamanı şəhid olmuş 6 etirazçının cənazələrini hələ də ala bilməyib.
 
Hazırda Bəhreyn rejimin qüvvələri Ayətullah İsa Qasimin evini mühasirədə saxlayır, onun və yaxınlarının həbs, ev dustaqlığı ya da hansı səhiyyə durumunda olduğunu da bəyan etmir. (islaminsesi) /

Google+ WhatsApp ok.ru