Bəhreyn dövləti xarici jurnalistlərin ölkəyə girişinə məhdudiyyət yaradıb

Bəhreyn dövləti xarici jurnalistlərin ölkəyə girişinə məhdudiyyət yaradıb

Sərhədsiz Jurnalistlər Təşkilatı (Reporters Without Borders) Bəhreyn dövlətinin insan hüquqlarını pozmasını və jurnalistlərə yaratdığı məhdudiyyətləri tənqid edib.
 
Almaniya Radiosunun verdiyi məlumata görə, Bəhreyndə KİV-in azadlıq durumu ürəkaçan deyil, ancaq bu barədə elə də mövqe göstərmək olmur. Çünki xarici jurnalistlərin bu ölkəyə girişi çox çətinləşdirilib. 
 
Hal-hazırda 14 jurnalist Bəhreyn həbsxanasında saxlanılır. Bu ölkədə xalq inqilabı formalaşdıqdan sonra Ali-Xəlifə rejimi Ərəbistan hərbçilərinin gücündən istifadə edərək inqilabı yatırmağa çalışır və jurnalistlərin reportaj hazırlamasına icazə vermir. 

Google+ WhatsApp ok.ru