Bəhreyndə “Qəzəb günü” elan olunub

Bəhreyndə “Qəzəb günü” elan olunub

Bəhreyn İnqilabçı Gənclər Koalisiyası iyun ayının 15-ni (cümə axşamı gününü) "Qəzəb günü" elan edib.
 
Maide.Az xəbər verir ki, Bəhreyn İnqilabçı Gənclər Koalisiyası bəyanat yayaraq əhalini Ayətullah İsa Qasimin evinin mühasirəsini qırmaq üçün küçələrə axışmağa çağırıb. 
 
Qeyd edək ki, cari ayın 23-də Bəhreyn rejimi qüvvələrinin əd-Dərrazda Ayətullah İsa Qasimin mənzilinə və tərəfdar aksiyaçılara basqın etməsindən sonra alimin taleyi naməlum olaraq qalır.
 
Həyata keçirilən basqından sonra 300 nəfər tutulub, 5 nəfər şəhid olub, 200-dən çox insan yaralanıb. Ayətullah İsa Qasim də daxil olmaqla alimin mənzilində olan 50 nəfərdən hələ də xəbər yoxdur. /

Google+ WhatsApp ok.ru