Bəhreyn xalqı Şeyx İsa Qasimə dəstək mitinqlərini davam etdirir

Bəhreyn xalqı Şeyx İsa Qasimə dəstək mitinqlərini davam etdirir

Bəhreyn xalqı ölkə şiələrinin lideri Ayətullah Şeyx İsa Qasimə dəstək mitinqlərini davam etdirir. 
 
Maide.Az “Sotul-Manama” saytına istinadən xəbər verir ki, Bəhreyn xalqı ötən gecə Ayətullah Şeyx İsa Qasimlə həmrəylik nümayiş etdirmək məqsədilə Samahic bölgəsində etiraz aksiyası keçirib. 
 
Aksiya iştirakçıları Ali-Xəlifə rejim qüvvələrinin dinc aksiyaçılara qarşı repressiv hərəkətlərini pisləyib. Aksiyaçılar Şeyx İsa Qasimin evində məcburi dustaq olaraq saxlanılmasına son qoyulmasını tələb edib.  
 
Onlar həmçinin siyasi məhbusların azadlığını tələb edib. /

Google+ WhatsApp ok.ru