Bəhreyn məhkəməsi Nəbil Rəcəbə 2 il həbs cəzası verdi

Bəhreyn məhkəməsi Nəbil Rəcəbə 2 il həbs cəzası verdi

Bəhreyn məhkəməsi ölkənin tanınmış müxalifətçilərindən və Bəhreyn İnsan Haqlarının rəhbəri Nəbil Rəcəbə "yalan xəbər yaymaq" ittihamı ilə 2 il həbs cəzası verib.
 
Nəbil Rəcəbin "Bəhreyn krallığının nüfuzuna və mövqeyinə zərər vuracaq ifadələr və şayiələr yaydığını" irəli sürən məhkəmə, 52 yaşlı insan haqları müdafiəçisinin həbs edilməsini istəyib.
 
Qərar ölkə daxilində və xaricində tənqidlə qarşılanmasına baxmayaraq, Nəbil Rəcəbin jurnalistlərə açıqlama verdiyi üçün həbs cəzası ilə qarşılaşdığı bildirilib.
 
Bəhreyndə 2011-ci ildən etibarən siyasi islahat istəyənlərin təzyiq, həbs və işgəncə ilə üzləşdiyi məlumdur. (deyerler) /

Google+ WhatsApp ok.ru