Bəhreyn alimlərindən Ali Xəlifə rejiminə: “Üsyan əzmlə artacaq”

Bəhreyn alimlərindən Ali Xəlifə rejiminə: “Üsyan əzmlə artacaq”

Bəhreynin İslam alimləri bəyanat verərək, Ali Xəlifə rejiminin davam edən təzyiq siyasətini kəskin şəkildə pisləyib.
 
Bəhreyn alimləri tərəfindən verilən bəyanatda belə qeyd olunub: “Tarix ərzində həbs etmək, öldürmək və işgəncə kimi cinayətlər müsəlman islahatçıların qətiyyətinə pis istiqamətdə təsir edə bilmədi. Bəhreyn xalqı adından Ali Xəlifənin zalım rejiminə səslənirik: millətin dini, təhlükəsizliyi ilə maddi ehtiyatları təhlükə altındadır, övladlarına qarşı düşmənçilik edilərsə, bu torpaqlarda zülm və mübarizə istiqamətində üsyan əzmlə artacaq".
 
Qadınların sırf rejimi tənqid etmələri səbəbilə həbs olunması da qınanan bəyanatda belə qeyd olunub: “Bəhreyndə qəzetlərin bağlanması, İslam alimləri, qadın və kişi fəalların hədəfə alınması bu ölkədə iddia edilən demokratiyanın olmadığını aydın şəkildə göstərir”. (deyerler) /

Google+ WhatsApp ok.ru