Bəhreyn xalqı və təhlüksəsizlik qüvvələri arasında qarşıdurma baş verib -FOTO

Bəhreyn xalqı və təhlüksəsizlik qüvvələri arasında qarşıdurma baş verib -FOTO

Ötən gecə bir qrup bəhreynli gənc, ölkənin qərbində Damestan və Karzkan şəhərlərində Ali-Xəlifə rejim qüvvələrinin toplaşdığı bölgəyə hücum edib və inqilabçı gənclərlə Ali-Xəlifə rejim qüvvələri arasında qarşıdurma baş verib. 
 
Maide.Az xəbər verir ki, Ali-Xəlifə rejim qüvvələri etirazçı gənclərə qarşı zəhərli qaz və güllə atıb. Gənclər, adı çəkilən iki bölgədə təhlükəsizlik qüvvələrinin insanları təhqir etməsinə etiraz olaraq onlara hücum edərək hərbi avtomobilləri yandırıb.
 
Ötən gecə Bəhreynin digər bölgələrində də etiraz aksiyaları keçirilib və insanlar küçədə təkər yandırıb yolu bağlayıb.  
 
Qeyd edək ki, Bəhreynin İnqilabçı qüvvələri zilhiccənin 8-i və 9-u (avqustun 30-u və 31-də) genişmiqyaslı etiraz aksiyaları keçirmək üçün əhaliyə çağırış edib. Bəhreynli gənclər bu çağırışa qoşulmaq üçün hazırlıq işləri görür. 
 
 
 
 

Google+ WhatsApp ok.ru