Bəhreyn xalqının etiraz aksiyaları davam edir - FOTO 02 Dekabr 2017 02:00 Dünya -- Ayətullah İsa Qasimin ev dustaqlığına və onun müalicəsinin aparılmamasına görə Bəhreyn xalqının ölkə şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin ev dustaqlığına və onun müalicəsinin aparılmamasına görə etiraz aksiyaları davam edir. Maide.Az beynəlxaq KİV-lərə istinadən xəbər verir ki, Bəhreyn paytaxtının müxtəlif bölgələrində dinc aksiyalar hər gün davam etməkdədir. Bəhreyn Alimləri cümə axşamı günü ölkə xalqına çağırış edib və onlardan istəyib ki, Ayətullah İsa Qasimin ev dustaqlığının davam etdirilməsi və onun müalicəsinin aparılmamasına etiraz olaraq ölkə boyu mitinqlər keçirsinlər. Bu çağırışın ardınca Bəhreynin Şəhrəkan, əl-Biladil-qədim, Əbu Qüvvə, Əl-Hamla, əl-Sanabes və digər bölgələrində ötən axşam Ali Xəlifə rejimi əleyhinə və Ayətullah İsa Qasimin azadlığı tələbi ilə etiraz aksiyaları keçirilib. Qeyd edək ki, ötən gün Bəhreyn İslam Partiyası Ayətullah İsa Qasimin sağlamlıq vəziyyətinin çox ağır olduğunu açıqlayıb. Bu barədə danışan partiya rəsmisi Şeyx Abdullah Dəqqaq onun təcili olaraq tibbi müayinədən keçməli olduğunu söyləyib: "Bir halda ki, Bəhreyn xəstəxanalarına da etibar yoxdur. Bəhreyn rejiminin də onun həyatını təhlükəyə salacaq addım atması mümkündür. Rejimin ölkənin mənəvi liderinə qarşı qoyduğu məhdudiyyətlər qaldırılmalıdır. Bəhreynin əziz və qeyrətli xalqından istəyimiz budur ki, ayağa qalxıb, alimlərin göstərişlərinə əməl etsinlər.” Xatırladaq ki, ötən həftənin bazar günü Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdır. Ötən bir neçə gün ərzində Bəhreyn xalqı küçələrə axışaraq Ayətullah Qasimin müalicə edilməsi tələbi ilə mitinqlər keçirir. Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür. Teqlər : #Bəhreyn xalqının etiraz aksiyaları davam edir FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada uşaqlar arasında AİDS epidemiyası bitməyib Gürcüstanda mövlud bayramı keçirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO