BƏƏ-də 25 min nəfərlik məscid açıldı

BƏƏ-də 25 min nəfərlik məscid açıldı

Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyində eyni anda 25 min insanın yerləşə bildiyi məscidin açılışı baş tutub.
 
Adıçəkilən əmirliyin rəhbəri bəyan edib ki, məlum məscid Şarjanın ən böyük müsəlman məbədidir.
 
Məscidin inşası 2014-cü ildə start götürüb. Onun tikintisinə təqribən 82 milyon dollar sərf edilib.
 
Məbəd ərazisində imam və müəzzin üçün ayrı-ayrı iqamətgahlar, həmçinin suvenir mağazası, minlərlə avtomobil üçün dayanacaq və böyük park yerləşir.
 
İstənilən dindən olan insanlar sərbəst şəkildə bu məscid ərazisinə daxil ola biləcəklər. /İslamazeri /
 

Google+ WhatsApp ok.ru