BİABRÇILIQ: ABŞ rus təyyarələrinin cildində Hələbi bombalayırmış -FOTO-VİDEO

BİABRÇILIQ: ABŞ rus təyyarələrinin cildində Hələbi bombalayırmış -FOTO-VİDEO

FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərənin “Ekspress” qəzeti bir müddətdir ki, “rus təyyarələri Hələbdə dinc əhalini qırğın edir” haqda olan təbliğat maşınının pərdəarxasını ifşa edib.
 
Sən demə Hələbdə dinc əhalinin üzərinə bomba yağdıran təyyarlər əslində rus təyyarələri kimi cildinə girmiş ABŞ qırıcı-bombardımançıları olub! ABŞ bu hiyləgər üsulla Rusiya və Suriyanı ittiham edərək Hələb şəhərinin terrorçuların əlindən çıxmamasına yardım etməyə çalışır.
 
Hamıya məlumdur ki, Rusiyanın Suriyada terrorizmə qarşı məliyyatlarında iştirak edən təyyarələri açıq mavi rəngdədir. İngiltərə qəzetinin əldə etdiyi xüsusi məlumat və fotolarda görsənir ki, ABŞ hərbçiləri Suriyada Rusiya adına bombardman həyata keçirmək üçün “F-18” təyyarələrini rus qırıcıları rənginə boyayıb.
 
ABŞ-ın ifşa olunan bu oyunu bir daha onu sübut edib ki, bu ölkə Suriyaya terrorla mübarizə üçün yox əslində terrorçuluğa dəstək vermək üçün gəlib. Bu da azmış kimi, terrorla həqiqi mübarizə aparan ölkələri saxta və yalan üsullarla sıradan çıxarmaq və qaralamaq istəyir.

© AiirSource Military

ABŞ-ın Rusiya təyyarəsi rənginə boyanmış "F-18"-i

RF-95621 Russian Federation Air Force Sukhoi Su-30M2 photographed at Moscow - Zhukovsky (Ramenskoye) (UUBW) by András Soós

Rusiyanın SU-30M2 təyyarəsi

 

Google+ WhatsApp ok.ru