Nigeriyada hərbçilər Aşura mərasiminə hücum ediblər,9 şəhid var -FOTO

Nigeriyada hərbçilər Aşura mərasiminə hücum ediblər,9 şəhid var -FOTO

Nigeriyanın Kaduna şəhərində şiələrin toplaşdığı bir məscid ötən gün axşamdan etibarən muhasirəyə alan təhlükəsizlik qüvvələri bu gün əzadarlara atəş açıb.
 
Maide.Az xəbər verir ki, doqquz əzadarın şəhid olduğu və onlarla digərinin yaralandığı bildirilir.
 
Nİgeriya siyasi fəallardan olan Yusif Həmzə şəhid olanların 20 nəfərdən çox olduğunu bildirib. 
 
Qəraragahı Londonda yerləşən İslami Bəşər Hüququ Komissiyası bundan öncə Nigeriya hökumətindən məscidin muhasirəsinin dayandırılmasını tələb etmiş və şiələrin azad şəkildə dini ayinlərini yerinə yetirilməsi üçün imkanın yaradılmasını istəmişdi.
 
Məlumatda bildirilir  ki, Nİgeriya ordusu Tasua axşamı Kadunada Nigeriya İslami Hərəkatın 15 üzvünü həbs etmişdi. Saxlanılanlar arasında qadın və uşaqların da olduğu bildirilir. 
 
Nigeriyanın Kaduna yerli hökuməti ötən ilin dekabr ayında həbs olunan Şeyx İbrahim Zəkzakinin rəhbəri olduğu “Nigeriya İslami Hərəkatının” bu ölkədə fəaliyyəti qadağan edilib.
 
Elan edilib ki, “İslami Hərəkatın” fəaliyyəti qadağandır və hər kəs bu hərəkata üzv olarsa 7 il azadlıqdan məhrum ediləcək, ya cərimə olunacaq və ya həm cərimə və həm də həbs olunacaq. 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru