Bağdadda intihar hücumu

Təhlükəsizlik orqanlarının məlumatına görə, İraqın paytaxtı Bağdadın əl-Kərradə məhəlləsində bomba yüklü avtomobillə təşkil edilən hücumda 9 nəfər dünyasını dəyişib, 42-si isə yaralanıb. Eyni məhəllədə partlayıcı maddə ilə təşkil edilən bir başqa hücum isə 1 nəfərin ölümünə, 8-nin yaralanmasına səbəb olub.
 
Paytaxtın əz-Zağfəraniyə məhəlləsində də bombalı avtomobilin partlaması nəticəsində 3 nəfər dünyasını dəyişib, 8-i yaralanıb.

Google+ WhatsApp ok.ru